Azərbaycanın ev sahibliyi edəcəyi COP29-la bağlı maarifləndirmə və təbliğat işləri davam etdirilir. Medianın İnkişafı Agentliyinin dəstəyi ilə “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondu “COP29 silsilə mühazirələri”nə başlayır.
Agentlikdən Bizim.Media-ya bildirilib ki, mühazirələrin keçirilməsində əsas məqsəd bu il ölkəmizdə baş tutacaq BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası ərəfəsində ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi ilə bağlı ictimai savadlılığı artırmaqdır. Videoformatda keçirilən mühazirələr zamanı ətraf mühitə yanaşmanın Azərbaycan milli mədəni kimliyində tutduğu yer müxtəlif baxış bucaqlarından təhlil ediləcək.
İlk mühazirəni oxuyan şərqşünas alim, “Quran-i Kərim”in Azərbaycan dilinə bədii tərcüməsinin müəllifi, ADA Universitetinin professoru Nəriman Qasımoğlu “İslam dini ətraf mühitin mühafizəsi ilə bağlı bizə nə buyurur?” mövzusunda çıxış edib.
O bildirib ki, fərqli dinlərin ekologiya məsələlərində irəli sürdüyü etiqadi mətnlərdə ümumi yanaşma izlənilir. “Quran-i Kərim”in ayələrinə istinad edən professor təbii nemətlərdən yalnız ən zəruri ehtiyacların ödənilməsi üçün qədərində istifadə edilməsinin əhəmiyyətini vurğulayıb.
Mühazirəçi israfçılığa yol verməməyin, təbii resurslardan səmərəli istifadənin əhəmiyyəti, insanın ətraf mühitə münasibəti və təsiri ilə bağlı müxtəlif mövzulara aydınlıq gətirib.
Qeyd edək ki, COP29-la bağlı mühazirələr silsilə xarakter daşıyacaq.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:14 / 06.04.2024
MEDİA-nın dəstəyi ilə “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondu “COP29 silsilə mühazirələri”nə başlayıb
Hazırda oxunan: MEDİA-nın dəstəyi ilə “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondu “COP29 silsilə mühazirələri”nə başlayıb
Hazırda oxunan: MEDİA-nın dəstəyi ilə “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondu “COP29 silsilə mühazirələri”nə başlayıb
185973
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.