Ötən gün təlim atışmaları zamanı həyatını itirən Azərbaycan Ordusunun 19 yaşlı əsgəri Saleh Kamal oğlu Xələfovun cənazəsi bu gün doğulduğu Quba rayonuna gətiriləcək.
Bizim.Media-nın Quba İcra hakimiyyətindən əldə etdiyi məlumata görə, şəhid statusu veriləcək əsgərin cənazəsi Quba şəhərinin girişində qarşılanmadan sonra ailəsinə təhvil veriləcək.
MÖVZU İLƏ BAĞLI:
Atış təlimləri zamanı həlak olan əsgərimizin FOTOSU
Daha sonra əsgər Saleh Xələfov Quba Şəhidlər Xiyabanında torpağa tapşırılacaq.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.