Kiberdələduzluqla bağlı növbəti XƏBƏRDARLIQ 

Hazırda oxunan: Kiberdələduzluqla bağlı növbəti XƏBƏRDARLIQ 

185845

Kiberdələduzlar üçün ilkin mərhələdə hədəf haqqında məlumatların əldə olunması olduqca əhəmiyyətlidir.

Bizim.Media xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.

Qeyd edilib ki, bunun başlıca səbəblərindən biri hədəfə ediləcək kiberhücum zamanı əldə edilən məlumatlar vasitəsilə zəif nöqtələrin təyin olunmasıdır və bu da öz növbəsində kiberhücumun növünü müəyyən edir:

"Yəni bir növ əldə olunan məlumatlar əsasında kiberdələduz hansı hücumu (fişinq, sosial mühəndislik, brute-force və s.) edəcəyini müəyyənləşdirir.
Qeyd olunanları nəzərə alaraq hər hansı kiberhücum zamanı istifadə oluna biləcək fərdi məlumatlarınızı ictimaiyyətə açıq şəkildə sosial şəbəkələrdə paylaşmayın".

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin