Konstitusiya Məhkəməsinin sədri Minskə işgüzar səfər edib

Hazırda oxunan: Konstitusiya Məhkəməsinin sədri Minskə işgüzar səfər edib

185842

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti Belarus Respublikası Konstitusiya Məhkəməsinin sədri Pyotr Miklaşeviçin dəvəti ilə Minsk şəhərində rəsmi səfər edib. Səfərin məqsədi “Konstitusiyanın aliliyi: konstitusiya dəyişiklikləri və konstitusiya nəzarətinin müasir inkişafı” mövzusunda Belarus Respublikası Konstitusiya Məhkəməsinin 30 illik yubileyinə həsr edilmiş beynəlxalq konfransda iştirak etmək olub.

Konstitusiya Məhkəməsindən Bizim.Media-ya verilən məlumata görə, konfransın açılışında Belarus Prezidenti Aleksandr Lukaşenkonun tədbir iştirakçılarına ünvanlanmış məktubu səsləndirilib.

“Konstitusiyanın aliliyi: konstitusiya dəyişiklikləri və konstitusiya nəzarətinin müasir inkişafı” mövzusunda beynəlxalq konfransda hüquq sahəsində mühüm mövzulara dair müzakirələr aparılıb.

Konfransın praktiki hissəsində Belarus Respublikasında həyata keçirilmiş qanunvericilik islahatları nəticəsində vətəndaşlara və məhkəmələrə Konstitusiya Məhkəməsinə müraciət etmək hüquq və səlahiyyətinin verilməsi, MDB ölkələrində konstitusiya nəzarətinin müasir inkişafı, ümumi yurisdiksiya məhkəmələrinin fəaliyyətində Konstitusiyanın aliliyinin təmin edilməsi, konstitusiya nəzarətinin müasir inkişafı, ümumi yurisdiksiya məhkəmələrinin fəaliyyətində Konstitusiyanın aliliyinin təmin edilməsi və digər hüquqi məsələlər üzrə məruzələr dinlənilib və geniş fikir mübadiləsi aparılıb.

Konfransda Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev “Azərbaycan Respublikasında konstitusiya nəzarəti institutunun inkişaf tendensiyaları” mövzusunda məruzə ilə çıxış edib.

Belarus Respublikası Konstitusiya Məhkəməsinin 30 illik yubileyinə həsr olunmuş beynəlxalq konfransda MDB ölkələrinin nümayəndə heyətləri, Belarus Respublikasının bir çox dövlət orqanlarının rəhbərləri və elm ictimaiyyətinin nümayəndələri, habelə Avrasiya İqtisadi Birliyi Məhkəməsinin və MDB-nin İqtisadi məhkəmələrinin sədrləri iştirak ediblər.

Səfər çərçivəsində Belarus Respublikası Konstitusiya Məhkəməsinin sədri, hakimləri və Aparatın rəhbərliyi ilə ikitərəfli işgüzar görüşlər keçirilib, məhkəmə təcrübəsi və qarşılıqlı məhkəmə-hüquq əməkdaşlığı ilə bağlı hüquqi məsələlər ətrafında müzakirələr aparılıb.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin işgüzar səfəri çərçivəsində tədbir və görüşlərdə Azərbaycanın Belarusdakı səfiri Məhərrəm Əliyev də iştirak edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin