Daşkəsən rayon Zəylik kənd tam orta məktəbində baş verən qanunsuzluqlarla bağlı vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.
Bu barədə Bizim.Media-ya Daşkəsən Rayon Prokurorluğundan məlumat verilib.
Araşdırmalar zamanı qeyd olunan təhsil müəssisəsində 2018-2023-cü illərdə əsassız olaraq əmək haqqı ödənilməsi və digər yollarla dövlət büdcəsindən ayrılmış 56 min manatdan artıq pul vəsaitinin mənimsənilməsi və israf edilməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Daşkəsən rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.2 (təkrar mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:54 / 05.04.2024
Daşkəsən məktəbində 56 minlik MƏNİMSƏMƏ – Cinayət işi AÇILDI
Hazırda oxunan: Daşkəsən məktəbində 56 minlik MƏNİMSƏMƏ – Cinayət işi AÇILDI
Hazırda oxunan: Daşkəsən məktəbində 56 minlik MƏNİMSƏMƏ – Cinayət işi AÇILDI
185836
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.