BİZİM TƏQVİM: 6 apreldə baş vermiş tarixi hadisələr

Hazırda oxunan: BİZİM TƏQVİM: 6 apreldə baş vermiş tarixi hadisələr

185819

6 aprel 1920-ci ildə Təbrizdə Şeyx Məhəmməd Xiyabaninin başçılığı ilə silahlı üsyan başlayıb. Bu üsyan əvvəlcə böyük uğur qazandı, hətta iyunun 24-də Cənubi Azərbaycan ərazisində Azadistan adlı milli hökumət təşkil edildi. Lakin həmin ilin sentyabrında şah qoşunları Təbrizə hücum edərək üsyanı qan içində boğdu, Xiyabani isə edam olundu.

Bəs, 6 apreldə daha hansı hadisələr baş verib?

1. Eramızın 248-ci ilində Romanın 1000 illiyi təntənə ilə qeyd edildi.

2. 1320-ci il aprelin 6-da şotland baronları Arbrot şəhərində kral Robert Bryusun rəhbərliyilə Roma Parası II İohana yazdıqları məktubda öz ölkələrinin iqtiqlaliyyətini elan etdilər.

3. 6 aprel 1326-cı ildə Osmanlı dövlətinin ikinci padşahı Orxan Qazi Bursanı fəth etdi.

4. 1453-cü ilin bu günündə Osmanlı imperatoru Sultan II Mehmet Bizans imperiyasının paytaxtı Konstantinopolu mühasirəyə alıb. 53 gün sürən mühasirədən sonra 1453-cü il mayın 29-da Konstantinopol fəth edilib və İstanbul adlandırılaraq Osmanlı imperiyasının paytaxtı elan olunub.

5. 1620-ci ilin bu günündən Səfəvi dövləti ilə Rusiya arasında ticarət əlaqələri yarandı. Həmin dövrdən Azərbaycan və İranın tərkibində olan bölgələrdən paytaxt Moskva və Rusiyanın digər şəhərlərinə xalça, meyvə qurusu, neft, duz, zəfəran, düyü və boyaq maddələri ixrac edilməyə başladı.   

6. Napoleon imperator adı saxlanılmaqla 1814-cü ilin 6 aprelində Elba adasına sürgün edildi.

7. Tarixin ilk müasir olimpiya oyunları 6 aprel 1896-cı ildə Yunanıstanın paytaxtı Afinada başladı. 15 ölkədən 245 idmançının iştirak etdiyi yarış dövrün ən yüksək idman tədbiri sayıldı.

9. 6 aprel 1909-cu ildə amerikalı tədqiqatçılar - Robert Piri köməkçisi Metyu Henson və dörd nəfər Şimal Qütbünə ayaq basan ilk insanlar olaraq tarixə düşdü.

10. 1917-ci ilin 6 aprelində Amerika Birləşmiş Ştatları Almaniyaya müharibə elan edərək Antanta dövlətlərinin tərəfində Birinci Dünya Müharibəsinə rəsmən girdiyini bəyan etdi.

11. 1920-ci ilin 6 apreli Türkiyə beynəlxalq informasiya agentliyi olan “Anadolu Ajansı”nın yaradıldığı gündür.

12. 1995-ci ilin bu günündə Azərbaycan Respublikası Panama ilə diplomatik əlaqələr qurub.

6 apreldə həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. Şərqdə Ərəstun kimi tanınan qədim yunan filosofu və alimi Aristotel eramızdan əvvəl 384-cü ilin bu günü dünyaya gəlib.

2. 6 aprel Qərb intibah dövrünün dahi rəssamı Rafael Santinin doğum və ölüm günüdür

3. Azərbaycan kinorejissoru, kinodramaturq, nasir, əməkdar incəsənət xadimi, professor, Xalq artisti Tofiq İsmayılov 6 aprel 1939-cu ildə anadan olub.

4. Azərbaycan bəstəkarı, Xalq artisti, BMA-nın professoru Nəriman Məmmədov 6 aprel 2015-ci ildə dünyasını dəyişib.

5. “Lotu Bəxtiyar”- Bəxtiyar Kərimov 1998-ci il aprelin 6-da həbsxana xəstəxanasında vəfat edib.

6. Azərbaycan teatr və kino aktrisası, Əməkdar artist Ətayə Əliyeva 1995-ci ilin bu günündə vəfat edib.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin