Ali Məhkəməyə yeni hakimlər TƏYİN EDİLDİ - FOTO

Hazırda oxunan: Ali Məhkəməyə yeni hakimlər TƏYİN EDİLDİ - FOTO

185774

Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” qərar layihəsi müzakirəyə çıxarılıb. 

Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Bakı Apelyasiya məhkəməsinin hakimi Hüseyn Aida Əli qızı və Gəncə Apelyasiya Məhkəməsinin hakimi (sədrin müavini) Mixtarov Teyyub Asif oğlunun Ali Məhkəməyə hakim təyin olunması təklif edilib. 

Məsələ səsverməyə çıxarılıb və Milli Məclisin qərarı ilə Aida Hüseyn və Teyyub Mixtarov Ali Məhkəmənin hakimi təyin olunublar. 

Qeyd edək ki, Konstitusiyanın 131-ci maddəsinin II hissəsinə əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərini Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikasının Milli Məclisi təyin edir. 



Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin