DİN Neftçalada əməliyyat keçirdi: Saxlanılanlar var – FOTO  

Hazırda oxunan: DİN Neftçalada əməliyyat keçirdi: Saxlanılanlar var – FOTO  

185758

Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunan Fahim Muradov saxlanılıb. 

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, onun üzərindən 1 kiloqrama yaxın marixuana aşkar edilərək götürülüb. 

F.Muradovun rayon ərazisində yerləşən evlərdən birindən dəmir borular oğurladığı da müəyyən edilib. 

Bundan əlavə, rayon ərazisində aksiz markasız tütün məmulatlarının satışına qarşı keçirilən tədbirlər zamanı Biləsuvar rayon sakini Z.Bədilov da saxlanılıb. 

Ondan aksiz markası olmayan 820 ədəd müxtəlif markalı siqaret aşkarlanaraq götürülüb. 

Faktlarla bağlı araşdırmalar davam etdirilir. 




Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin