Vəfat etmiş şəxsə QR kodlu məzar daşı QOYULDU – Bu, islamda QADAĞANDIR?

Hazırda oxunan: Vəfat etmiş şəxsə QR kodlu məzar daşı QOYULDU – Bu, islamda QADAĞANDIR?

185686

Azərbaycanda ilk dəfə vəfat etmiş şəxsə QR kodlu məzar daşı qoyulub. Bununla bağlı görüntülər sosial şəbəkədə yayımlanıb. Məzar daşındakı QR kodla mərhum haqqında məlumatları, onun həyat hekayəsini, foto- videolarını, hətta instaqram, feysbuk hesablarını da görmək mümkündür. Qr kodu hazırlayan və bunu öz atasının məzarına yerləşdirən şəxs bildirib ki, atası haqqında bütün məlumatları hamının bilməsini istəyib.

Bu cür məzar daşı isə ictimaiyyət arasında birmənalı qarşılanmayıb. 

Bəs məzar daşındakı bu cür qurğulara ehtiyac varmı? Din bununla bağlı nə deyir?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan ilahiyyatçı Yaşar Qurbanov bildirib ki, İslam dinində bunlar qadağandır:

“Dinimizdə belə bir şey yoxdur. Mərhumu xatirələrdə yaşatmaq üçün övladları onun üçün dua edər, valideynin əvəzinə sədəqə verər, kasıblara əl tutar, insanların faydalanması üçün su, yol çəkərlər. Dinimizdə xatırlanma bu yolla olur. Qəbirə belə bir cihaz quraşdırmaq doğru deyil.
Əksinə dinimizdə bunlar qadağandır. 

Peyğəmbərimiz buyurur ki, bütün insanlar dünyadan köçəndən sonra əməl dəftərləri bağlanar, amma bir qisim insan var ki, bağlanmaz. Yaxşı övlad onun üçün, günahlarının bağışlanması üçün dua edər. Xatırlatmaq istəyən su quyusu qazdırar, bulaq çəkdirər və üzərinə yazar ki, bu, vəfat etmiş fiankəsin adına, xatirəsinə çəkilib”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin