Vətən müharibəsində ağır yaralanan daha 12 qazimiz “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib.
Fondan Bizim.Media bildirilib ki, həmin qazilər aşağıdakılardır:
1. Ələkbərov İlkin Elçin oğlu
2. Atakişiyev Yusif Fariz oğlu
3. Kazımov Kənan Çinar oğlu
4. Eyvazov Səbuhi Rahim oğlu
5. Seyfullayev Havil Səyədullah oğlu
6. Osmanov Zamir Şakir oğlu
7. Quliyev Şahmar Anar oğlu
8. Abdullayev Pərvin Dövlət oğlu
9. Əliyev Arzu Könül oğlu
10. Məmmədkərimov Nicat Əfsun oğlu
11. Musayev Bəhman Natiq oğlu
12. Hüseynov Ülvi Məsum oğlu
MÖVZU İLƏ BAĞLI:
“YAŞAT” Fondunun əməkdaşları 2 min 881 şəhid ailəsini ziyarət edib - Rəbiyyə Cəfərova
Qeyd olunub ki, "YAŞAT" Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq qazilərimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdiriləcək.
"“YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. Allah qazilərimizə şəfa versin! Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərimizin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir", - məlumatda bildirilib.
Xatırladaq ki, Fond tərəfindən bundan öncə 51 qazimiz müalicə üçün Türkiyəyə göndərilmişdi.
Onlardan 7-sinin müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərimizin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.
Bizim.Media