DTX tərəfindən saxlanılan Nəzakət Məmmədova ilə bağlı QƏRAR VERİLDİ 

Hazırda oxunan: DTX tərəfindən saxlanılan Nəzakət Məmmədova ilə bağlı QƏRAR VERİLDİ 

185463

Xarici ölkəyə casusluqda ittiham olunan Nəzakət Məmmədovanın haqqında həbs qətimkan tədbirinin müddəti növbəti dəfə uzadılıb.

Bizim.Media “axar.az”a istinadən xəbər verir ki, bu barədə Səbail Rayon Məhkəməsinin spikeri Rəna Qafarova məlumat verib.

“Mart ayının 15-də istintaq orqanının təqdimatına baxılıb və onun barəsində həbs qətimkan tədbirinin müddəti Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 159.2 maddəsinə əsasən (xüsusilə ağır cinayətlər üzrə - red.) 5 ay uzadılıb”, - R. Qafarova bildirib.

Qeyd edək ki, bundan əvvəl ötən il noyabrın 19-da keçirilən məhkəmə iclası zamanı Nəzakət Məmmədovanın həbs müddəti 4 ay uzadılmışdı.

Nəzakət Məmmədova ötən ilin 20 oktyabrında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. O, casusluq etməkdə ittiham olunur və ona qarşı dövlətə xəyanət maddəsi irəli sürülüb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin