“Müraciətlər çoxdur, ildə bir neçə dəfə Bakıda da xəstə qəbulu həyata keçirirəm” - Almaniyada işləyən həkim - FOTO

Hazırda oxunan: “Müraciətlər çoxdur, ildə bir neçə dəfə Bakıda da xəstə qəbulu həyata keçirirəm” - Almaniyada işləyən həkim - FOTO

185453

“Referans Estetik Mərkəzi”nin Almaniyadan dəvətli həkimi, qulaq, burun, boğaz xəstəlikləri, baş boyun və üz plastik cərrahiyyəsi üzrə mütəxəssis həkimi Op. Dr. Cavid Hüseynzadə müsahibə verib. 

Bizim.Media “qafqazinfo.az”a istinadən həmin müsahibəni təqdim edir: 

- Sizi yaxından tanıyaq... 

- İlk olaraq qeyd edim ki, həkim ailəsində dünyaya gəlmişəm. Atam Azərbaycan Tibb Universitetinin professoru olub, anam isə t.ü.f.d. radioloq olaraq çalışır. Mənə gəlincə, 2006-cı ildə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsinə daxil olmuşam, daha sonra təhsilimi Ukraynada davam etdirmişəm. Rezidentura təhsilimi isə Almaniyanın Frankfurt və Haydelberq universitetlərinin tibb fakültələrinin akademik tədris xəstəxanası olan Darmştat şəhər xəstəxanasında qulaq, burun, boğaz xəstəlikləri, üz plastik cərrahiyyəsi üzrə almışam. Hazırda Bad Salzungen şəhər xəstəxanasında Qulaq, burun, boğaz və üz plastik cərrahiyyəsi şöbəsinin müdiriyəm. 


- Bakıdan Almaniyaya uzanan təhsil və karyera yolunuz çətin olmadı? 

- Artıq 8 ildir Almaniyada yaşayıram və həkim kimi çalışıram. Alman dili biliyi və diplom təsdiqi imtahanlarından uğurla keçdim. Daha sonra “Facharztprüfung” imtahanını verərək Almaniyada çalışmaq üçün tamhüquqlu mütəxəssis həkim adını qazanmışam. Bu yol heç də asan olmadı, çünki Almaniya istər mədəniyyət, istərsə də mentalitet baxımından Azərbaycandan çox fərqlənir. Almaniya cəmiyyətinə inteqrasiya bir az zaman alsa da, hazırda onları rahat başa düşürəm, hətta alman dostlarım da var. 


- Almaniyada tibbin ən yüksək səviyyədə inkişaf etdiyini çox eşitmişik. Bu sistemdə çalışan həkim kimi siz bu barədə nə deyə bilərsiniz? 

- Çalışdığım xəstəxanada qulaq, burun, boğaz xəstəlikləri, baş-boyun və üz plastik cərrahiyyəsini əhatə edən bütün əməliyyatları icra edirik. Almaniyada yaşayan hər kəs üçün keyfiyyətli tibb xidməti əlçatandır. Statusundan asılı olmayaraq, hər kəs müasir texnika ilə təchiz olunmuş, güclü mütəxəssislərin çalışdığı xəstəxanalarda dövlət sığorta sistemi hesabına ödənişsiz şəkildə səhiyyə xidmətlərindən yararlana bilər. Almaniyada xəstə ilk növbədə sistemə güvənir. Bu baxımdan pasiyent üçün həkimin yerli və ya xarici olması fərq etmir. Burada ən təqdirəlayiq hal isə multidisiplinar yanaşmanın olmasıdır. Yəni xəstənin müalicəsi üçün fərqli ixtisaslardan olan həkimlər bir araya gəlib, konsiliumlar keçirərək pasiyentə uyğun, düzgün müalicə metodunun tətbiqinə qərar verirlər. Bu da xəstənin müalicəsinə daha professional yanaşma, həmçinin vaxta qənaət deməkdir.   


- Həyata keçirdiyiniz əməliyyatlarda hansı müasir üsullardan istifadə edirsiniz? 

- Çalışdığım xəstəxana ən son tibbi texnika ilə təchiz olunub. Burada məqsəd göstərdiyimiz tibbi xidməti təkmilləşdirməklə yanaşı, həm də xəstələrin əməliyyat sonrası reabilitasiya dövrünü minimuma çatdırmaqdır ki, buna da nail olmuşuq. Məsələn, burun ətrafı ciblərin əməliyyatı naviqasiya sistemi ilə həyata keçirilir. Ağız boşluğu və qırtlaqda yerləşən törəmələrin və qalxanabənzər vəzin əməliyyatlarında isə robotik cərrahiyyə üsulu tətbiq edilir. Uşaqlarda burun əti və qulaq cərrahiyyəsində ən müasir mikroskop və endoskoplardan istifadə edilir. Rinoplastika əməliyyatlarında sümüklərin qırılması üçün yalnız ultrasonik cihazlar tətbiq edilir ki, bu da əməliyyat sonrası üzdəki şişkinlikləri minimuma endirir.  

 - Qeyd etdiyiniz əməliyyatlar üçün hər hansı yaş məhdudiyyəti varmı? 

- Qulaq, burun, boğaz xəstəlikləri sahəsində müəyyən xəstəliklərdə yaş məhdudiyyəti yoxdur. Məsələn, ola bilər ki uşaq doğulduğu andan ona ikitərəfli Xoanal atreziyası diaqnozu qoyulsun bu zaman o, həmin əməliyyata alınmalıdır. 


- Son illərdə pasiyentlər daha çox hansı şikayətlərlə bağlı müraciət edirlər? 

- Uşaqlarda burun və boğaz əti, orta qulaqda yığılan maye səbəbindən eşitmə problemi, böyüklərdə nəfəs alma, xroniki sinusit(burun ətrafı ciblərin iltihabı) problemlərinə daha çox rast gəlinir. Həmçinin son illərdə estetik əməliyyatlar həm qadınlar, həm də kişilər arasında geniş yayılıb. Almaniyada da bu, tendensiya halını alıb. Hazırda rinoplastika, blefaroplastika, otoplastika əməliyyatları daha çox icra olunur. Ümumilikdə, Almaniyada plastik cərahiyyə inkişaf etmiş sahələrdən biri sayılır. 


- Hazırda azərbaycanlı pasiyentləriniz varmı, onların qəbulunu necə həyata keçirirsiniz? Ümumiyyətlə, Azərbaycanda konsultasiyalarınız olurmu?   

- Almaniyada çalışmağıma baxmayaraq, Azərbaycan və MDB ölkələrindən də daim müraciətlər olur. Buna görə ildə bir neçə dəfə Bakıya gələrək xəstə qəbulu həyata keçirir və əməliyyatlar icra edirəm. Xəstə qəbulu Bakıda yerləşən "Referans Estetik Mərkəzi"ndə baş tutur. Qəbulu yazılmaq istəyənlər "Referans Estetik Mərkəzi"nin *0033 Çağrı mərkəzi və  077 371 00 33 nömrəsi ilə əlaqə saxlaya bilərlər. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin