Dövlət Gömrük Komitəsinin rüşvətə görə məhkum edilmiş əməkdaşı Elmar Mirzəyev azadlığa buraxılıb.
Bizim.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilmiş sabiq gömrük prosedurları inspektoru cəzasının çəkilməmiş hissəsindən azad edilib.
Yerli məhkəmə qərar qəbul edərkən məhkumun təyin olunmuş cəzanın 2/3 hissəsini çəkməsini, cəzaçəkmə müəssisəsinin müsbət rəyini əsas götürüb.
Qeyd edək ki, E.Mirzəyev və bir neçə gömrükçü 2021-ci ilin martında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilmişdi. Onlar vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə külli miqdarda rüşvət almaqda ittiham edilib, ən ağır cəza elə Mirzəyevə verilmişdi. Digərləri qısa müddətə azadlıqdan məhrumetmə və şərti cəzaya məhkum edilmişdi.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:06 / 03.04.2024
Gömrük Komitəsinin həbsdə olan əməkdaşı azadlığa çıxdı
Hazırda oxunan: Gömrük Komitəsinin həbsdə olan əməkdaşı azadlığa çıxdı
Hazırda oxunan: Gömrük Komitəsinin həbsdə olan əməkdaşı azadlığa çıxdı
185448
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.