Martda 165 nəfər ZƏHƏRLƏNİB - 9-u ölüb 

Hazırda oxunan: Martda 165 nəfər ZƏHƏRLƏNİB - 9-u ölüb 

185411

Mart ayı ərzində KTM-ə zəhərlənmə ilə bağlı 165 müraciət daxil olub. 

Bizim.Media xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzdən açıqlama verilib. 

Şöbəyə qəbul edilən xəstələrdən 13-ü dəm qazından, 76-sı dərmandan və 17-si etanoldan zəhərlənən şəxslərdir. 

Həmçinin 21 nəfər allergik reaksiyadan, 30 nəfər sirkə turşusundan, 7 nəfər həlledici məhluldan (uşaq), 1 nəfər anafilaksiya səbəbindən xəstəxanaya yerləşdirilib. 

Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 9-u dünyasını dəyişib. Onlardan 4-ü qadın, 5-i kişi olub. 

Ölüm halları sirkə turşusu, etanol və dərman zəhərlənmələrindən qeydə alınıb. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin