Bakının Sabunçu, Suraxanı və digər rayonlarında polisin keçirdiyi tədbirlər nəticəsində ictimai nəqliyyatda cibgirlik edən əvvəllər məhkum olunmuş Emil Məmmədov və Rövşən İsmayılov saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, həmin şəxslərin avtobuslarda sərnişinlərin pul, mobil telefon və digər qiymətli əşyalarını taladıqları müəyyən olunub.
Saxlanılanların avtobuslarda törətdikləri hadisələrin bir neçəsi müşahidə kameraları vasitəsilə də qeydə alınıb. Faktlarla bağlı araşdırmalar davam etdirilir.
E.Məmmədov və R.İsmayılovun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polisə müraciət edə bilərlər.
Bizim.Media