Qubalılar "Səməniatdı" adətini qədim vaxtlardan bəri yaşadırlar.
Bizim.Media xəbər verir ki, Novruz bayramından 13 gün sonra axar su üstünə gəlib bayramda cücərtdikləri səmənini çaya atıb dilək tuturlar və şirniyyat paylayırlar.
Bu gözəl milli adət yalnız Qubaya aiddir. Bu il də aprelin 2-də niyyət tutanlar, arzusu çin olanlar Qudyalçayın yanına gəliblər.
Səhər saatlarından fərdi və kütləvi qaydada Quba sakinlərinin axar su üstünə gəlişi başlayıb.
Qubanın İkinci Nügədi kənd sakini Nuriyyə Abdullayeva "Səməniatdı" mərasiminin məhz Qubaya aid olduğunu deyir.
Onun sözlərinə görə, bayram səmənisinin buğda dənələrinin suya qarışması bərəkət rəmzi hesab olunur.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu