Azərbaycanda 7 mindən çox vətəndaş hakerlərin qurbanı olub

Hazırda oxunan: Azərbaycanda 7 mindən çox vətəndaş hakerlərin qurbanı olub

185276

Azərbaycanda 7 mindən çox vətəndaş hakerlərin qurbanı olub. 2023-cü ildə Azərbaycanda dövlət qurumlarının saytına bənzədilən 186 saxta domenin fəaliyyətinin qarşısı alınıb. Ötən il 1 milyon 416 min elektron poçt zərərli informasiyaya görə blok edilib.

Bizim.Media xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti rəisinin müavini Allahverən İsmayılov aprelin 2-də keçirilən “Rəqəmsal cinayət prosesi: müasir çağırışlar və hədəflər” konfransında çıxışı zamanı deyib.

O bildirib ki, ötən il aparılan audit yoxlamaları zamanı dövlət qurumlarının saytında təhlükəsizliklə bağlı 695 boşluq müəyyən edilib:

“Ötən il dövlət qurumlarına yönələn 1162 kiberhücum müəyyən edilərək qarşısı alınıb”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin