Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada Azərbaycan Günü və iftar süfrəsi təşkil edilib.
Bizim.Media xəbər verir ki, tədbir Poklonnaya qoradakı Memorial məscidində açılan “Ramazan çadırı”nda Moskva şəhəri Müsəlmanları Ruhani İdarəsinin təşkilatçılığı və Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin dəstəyi ilə keçirilib və “Ailə ili”nə həsr olunub.
Tədbirdə 1500-dən çox insan - ictimai xadimlər, Azərbaycan diasporunun nümayəndələri, müxtəlif millətlərdən olan müsəlmanlar iştirak ediblər.
Dini-mənəvi dəyərlərə verdiyi yüksək qiymətə görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya Moskva müftisi, Moskva Kafedral Məscidinin imamı İldar Alyautdinovun adından təşəkkür məktubu ünvanlanıb.
Moskvadakı Müsəlman məktəbinin direktoru Ənas Həzrət Məmmədov iştirakçıları müqəddəs Ramazan ayı münasibətilə təbrik edib, bu tədbirin keçirilməsinə görə Heydər Əliyev Fonduna təşəkkürünü bildirib.
Tədbirdə Azərbaycanın tarixindən və adət-ənənələrindən bəhs edən videoçarxlar nümayiş etdirilib, “ButaTrio” nun müşayiəti ilə muğam ifa olunub, müsəlman məktəbinin şagirdləri Məhəmməd Peyğəmbərin həyatından bəhs edən teatrlaşdırılmış səhnəciklər təqdim ediblər. Tədbir uduşlu hədiyyələr olan viktorina ilə davam edib.
İftar başlamazdan əvvəl “Qurani-Kərim”dən ayələr oxunub, axşam namazı qılınıb. Sonra müsəlmanlar Azərbaycanın milli yeməklərini və şirniyyatlarını dadıblar.
“Ramazan çadırı” 2006-cı ildən etibarən müsəlmanların müqəddəs Ramazan ayında həyata keçirilən illik sosial və xeyriyyə layihəsidir. Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi vitse-prezident Leyla Əliyevanın təşəbbüsü ilə hər il bu xeyriyyə layihəsində iştirak edir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:45 / 02.04.2024
Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada iftar süfrəsi açılıb – FOTO
Hazırda oxunan: Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada iftar süfrəsi açılıb – FOTO
Hazırda oxunan: Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada iftar süfrəsi açılıb – FOTO
185269
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.