““2022-2026-cı illər üçün Dövlət Proqramı”nın məzunlarının Qarabağ Universitetinə cəlb olunması gələcək üçün önəmlidir”.
Bizim.Media xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Həsən Həsənli “Dövlət Proqramı məzunları üçün Karyera Sərgisi”-nə həsr olunan tədbirdə bildirib.
Onun sözlərinə görə, keçən il tələbələrin 50-si dünyanın ən yaxşı universitetlərinə qəbul olub:
“300 nəfər isə digər nüfuzlu universitetlərə qəbul alıb. Magistratura Dövlət Proqramı üçün əsas istiqamətdir. Lakin bakalavr səviyyəsində də çoxsaylı uğurlarımız var. Bu il Dövlət Proqramlarına seçimlər davam edir. Siyahıda “Top 10” universitetlərə qəbulları da artıq görürük. Bu proses yay aylarına qədər davam edəcək".
O əlavə edib ki, Dövlət Proqramı məzunları ilə keçirilən görüş onların potensialını düzgün müəyyən etmək üçün olduqca vacibdir:
“Bu gün müzakirə olunacaq məqamlardan biri də məzunların Qarabağ universitetinə cəlb edilməsidir”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:50 / 02.04.2024
Bu şəxslər Qarabağ Universitetinə işləməyə cəlb EDİLƏCƏK
Hazırda oxunan: Bu şəxslər Qarabağ Universitetinə işləməyə cəlb EDİLƏCƏK
Hazırda oxunan: Bu şəxslər Qarabağ Universitetinə işləməyə cəlb EDİLƏCƏK
185258
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.