Səfir: “İsrailin Dəməşqdəki konsulluğumuza hücumlarına İranın reaksiyası sərt olacaq”

Hazırda oxunan: Səfir: “İsrailin Dəməşqdəki konsulluğumuza hücumlarına İranın reaksiyası sərt olacaq”

185210

“İsrailin Dəməşqdəki konsulluğumuza hücumlarına İranın reaksiyası sərt olacaq”.

Bizim.Media xəbər verir ki, bu barədə İranın Suriyadakı səfiri Hüseyn Əkbəri bildirib.

O səfirlikdəki iş yerində olarkən binaya F-35 döyüş təyyarələri və 6 raketlə hücum edildiyini bildirib: “Son altı ayda Fələstin xalqına qarşı törədilən bütün bu cinayətlərdən sonra bu gün onlar İrana qarşı bu cinayəti törətdilər.

Bir neçə iranlı diplomat həmin vaxt binada olub və onlar həlak olublar. Bu hərəkətdən sonra bizim qəti cavabımız olacaq. Sionist düşmən heç bir beynəlxalq normalara hörmət etmir.
Dağıntılarda axtarış-xilasetmə işləri hələ tamamlanmayıb. İlkin ehtimallara görə, 5-7 nəfər ölüb. Dəqiq rəqəmlər daha sonra açıqlanacaq”

Diplomat qeyd edib ki, hücum zamanı konsulluğun iki polis əməkdaşı da həlak olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin