Almaniya millisinin texniki sponsoru olan "Adidas" komandanın 44 nömrəli formasını istehsal etməyəcək.
Bizim.Media xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb.
"Adidas"ın qərarına səbəb 44 rəqəminin nasizm simvolu ilə oxşar olmasıdır.
Oyunçular onsuz da turnir qaydalarına görə bu nömrəni seçə bilməyəcəkdilər, lakin azarkeşlərin 44 nömrəli formanı sifariş etmək imkanı var idi. Bununla belə, "Adidas" azarkeşlər üçün də 44 nömrəli forma istehsal olunmasını qadağan edib.
Xatırladaq ki, Almaniya millisi Avro-2024-də A qrupunda mübarizə aparacaq. Yulian Naqelsmannın komandasının rəqibləri Şotlandiya, Macarıstan və İsveçrə milliləri olacaq. Turnir iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
19:20 / 01.04.2024
44 nömrəli forma istehsalı qadağan olundu
Hazırda oxunan: 44 nömrəli forma istehsalı qadağan olundu
Hazırda oxunan: 44 nömrəli forma istehsalı qadağan olundu
185188
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.