Həkimdən XƏBƏRDARLIQ – “Bu dərmandan istifadə edən qadınlar hamilə qalırlar”

Hazırda oxunan: Həkimdən XƏBƏRDARLIQ – “Bu dərmandan istifadə edən qadınlar hamilə qalırlar”

185157

Alimlər uzun araşdırmadan sonra maraqlı nəticə ilə qarşılaşıblar. Məlum olub ki, "Ozempic" adlı dərman vasitəsi ilə arıqlayan qadınlar kütləvi şəkildə hamilə qalmağa başlayırlar. 

Hollivud məşhurları da daxil olmaqla, bir çox insanın arıqlamaq üçün istifadə etdiyi diabet dərmanı "Ozempic" və onun analoqlarının daha bir əks-təsiri aşkar edilib.

Dərmandan arıqlamaq üçün istifadə edən qadınlar, hamilə qaldıqlarını və uşaq dünyaya gətirdiklərini bildirirlər. 
 

MÖVZU İLƏ BAĞLI:

Qida əlavələri fayda gətirir, yoxsa FƏLAKƏT? – Gizlədilən HƏQİQƏT


Bir çox qadın hamiləlik xəbərinin onlar üçün tamamilə sürpriz olduğunu etiraf edir. Reproduktiv tibb və piylənmə sahəsində həkimlər diabet dərmanları ilə çəki itirərkən qadınlarda məhsuldarlığın artması tendensiyası müşahidə etdiklərini bildirirlər. 

Mütəxəssislər səbəblərdən biri kimi "Ozempic"in çəkiyə təsirini göstəriblər: qadınlar arıqladıqda, piylənmə və metabolik pozğunluqların yaratdığı hormonal balans bərpa olunur.

Bu dərman ölkəmizdə də istifadə olunur...

Məsələ ilə bağlı fikirlərini Bizim.Media ilə bağlı bölüşən həkim-ginekoloq Təranə Həsənova bildirib ki, adı çəkilən dərman Azərbaycanda da kifayət qədər populyardır:

“Qadınlar çəki atmaq üçün bundan çox istifadə edirlər. Bu dərman həm də şəkəri stabilləşdirir. İnsulin dirənci olan qadınlar da bundan istifadə edir. Bu şəkərin ilkin mərhələsində kömək edir. Amma “Ozempic” qəbul edəndə qadınlar asanlıqla hamilə qalır. 
Ona görə ki, bu dərmandan istifadədən sonra orqanizmdə təkcə şəkər stabilləşmir, həm də həmin qadınlar xeyli çəki ata bilir. Bundan sonra isə  orqanizmdəki maddələr mübadiləsi normal vəziyyətə gəlir. Orqanizmdə hər şey öz normal qaydasına gəldiyi üçün də istənilən qadın asanlıqla hamilə qala bilir. Yəni arıqlamaq üçün istifadə edilən bəzi dərmanlar, o cümlədən “Ozempic”dən istifadədən sonra qadınlarda hamilə qalma risk kifayət qədər yüksək olur”.

Surxay Atakişiyev, Bizm.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin