Taksilərlə bağlı XƏBƏRDARLIQ – “Yeni qaydaları pozanları 40 min manatadək cərimə gözləyir”

Hazırda oxunan: Taksilərlə bağlı XƏBƏRDARLIQ – “Yeni qaydaları pozanları 40 min manatadək cərimə gözləyir”

185138

Xəbər verdiyimiz kimi Nazirlər Kabineti taksi minik avtomobilinə dair tələblər müəyyənləşdirib. Çox saylı tələblər arasında taksi avtomobillərinin yalnız ağ və qırmızı rəngdə olması, minimum “Avro-5” standartına cavab verməsi, istehsal tarixinin 15 ildən artıq olmaması yer tutur. 

Həmçinin, taksilərdə daşıyıcı və sürücü haqqında məlumat lövhəsi, taksometr, gediş haqqının nağdsız ödənilməsi üçün POS-terminalın olması da qoyulan tələblərdəndir. Qaydalar iyul ayının 1-dən tətbiq olunacaq.

Görəsən, taksilərlə bağlı yeni qaydalara əməl etməyənləri hansı cəza gözləyəcək?  

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı bildirir ki, yeni qaydalara əməl etməyənləri 40 manatdan 40 min manatadək cərimələr gözləyir: 

“Köhnə avtomobillə taksi sürmək qanuni şəkildə fiziki olaraq mümkün olmayacaq. Bu olsa qanunsuz fəaliyyət hesab olunacaq. Köhnə avtomobil sahibinə fərqlənmə nişanı, sertifikat, taksi buraxılış kartı verilməyəcək. Taksi fəaliyyətilə qanunsuz məşğul olmağa görə isə 40 manatdan 50 manatadək cərimə nəzərdə tutulur. 
Qanunsuzluğu pozan sürücülərlə işləyən taksi operator və şirkətləri üçün isə daha böyük məsuliyyət nəzərdə tutulub. Qanun hüquqi şəxslərin üzərinə daha ağır məsuliyyət qoyub. Onlar ilk dəfə baş verən pozuntuya görə 20 min, ikinci pozuntu fonunda isə 40 min manatadək cərimələnəcəklər. Qəbul olunan qanunun əsas mahiyyəti qanunun işləməsi və vətəndaşlara faydasının olmasına hesablanıb”.

Rüfət Sultan, Bizim.Media 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin