Dövlət İmtahan Mərkəzi (DİM) martın 3-də tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirsə də, nəticələrin açıqlanması uzanır.
Bəs nəticələr nə vaxt açıqlanacaq?
Bizim.Media xəbər verir ki, DİM-dən modern.az-a bildirilib ki, 3 mart 2024-cü il tarixində keçirilmiş buraxılış imtahanının nəticələrinin bu həftə ərzində elan olunması nəzərdə tutulur.
“Qeyd edək ki, imtahan nəticələri hazır olan kimi elan olunur, dəqiq vaxt demək mümkün deyil”, - mərkəzdən deyilib.
Xatırladaq ki, martın 3-də respublikanın 30 şəhər və rayonda 11-ci sinfi bu il bitirən 52 mindən çox şagird buraxılış imtahanı verib. İlk dəfə olaraq Ağdərə rayonunun Talış kənd tam orta məktəbində də buraxılış imtahanı keçirilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:01 / 01.04.2024
DİM buraxılış imtahanının nəticəsini nə vaxt AÇIQLAYACAQ?
Hazırda oxunan: DİM buraxılış imtahanının nəticəsini nə vaxt AÇIQLAYACAQ?
Hazırda oxunan: DİM buraxılış imtahanının nəticəsini nə vaxt AÇIQLAYACAQ?
185112
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.