Atası uşağın paltarına qum və daş dolduraraq dənizə atıb - YENİ DETALLAR

Hazırda oxunan: Atası uşağın paltarına qum və daş dolduraraq dənizə atıb - YENİ DETALLAR

185098

Xəbər verdiyimiz kimi, martın 31-də Sumqayıt şəhəri ərazisində dəniz sahilində uşaq meyiti aşkar edilib. Tapılan uşağın atası tərəfindən qəsdən öldürülməsi üzə çıxıb. Belə ki, 1984-cü il təvəllüdlü Yeşil Ahmet Turanın Sumqayıt şəhəri Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində azyaşlı övladını suda boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 

Bizim.Media "lent.az"a istinadən xəbər verir ki, olayla bağlı yeni detallar bəlli olub.
 

MÖVZU İLƏ BAĞLI:

Sumqayıtda dəniz sahilində 6 aylıq uşaq meyiti tapıldı


Türkiyə vətəndaşı olan Yeşil Ahmet Turan uşağı gəzməyə aparmaq adı ilə evdən çıxarıb.

Sonra isə o, uşağı öldürmək üçün dəniz kənarına gətirib və onun paltarına qum və daş dolduraraq dənizə atıb.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Yeşil Ahmet Turan prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin