ABŞ səfirinin Şəki təəssüratları - FOTO

Hazırda oxunan: ABŞ səfirinin Şəki təəssüratları - FOTO

185074

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mark Libbi Şəkidə gördüklərindən olduqca məmnun qalıb.  

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, səfir M. Libbi bu dəfə qədim Şəkiyə üz tutub.

O, həyat yoldaşı Danusiya ilə dünya memarlıq incisi sayılan Xan Sarayında olub, bu tarixi abidəni gəzərək onun haqqında ətraflı məlumat toplayıb, qeydlər aparıb. Səfir M. Libbi Xan sarayını gəzdikdən sonra onları müşayət edən muzey bələdçisinə tarixi abidədən böyük zövq aldığını və təəsüratlarının zənginləşdiyini bildirib. 

Daha sonra səfir və həyat yoldaşı Cənubi Qafqazın ən böyük və ilk keramika mərkəzinə baş çəkib, burada sənətkarların əl işləri ilə canlı tanış olub. Eyni zamanda M. Libbi Yuxarı Karvansaraya da baş çəkib, bu memarlıq abidəsinin inşasındakı özəlliklər barədə ətraflı məlumat alıb. 
Əlbəttə ki, Şəkiyə qonaq gələn hər kəs kimi M. Libbi də bu qədim diyarın zəngin mətbəxinin, şirniyyatlarının dadından doymayıb, onların ləzzəti damağında qalıb. 

Səfir M. Libbi Şəki təəsüratlarını belə ifadə edib:

"Şəkiyə ilk səfərimizdə Danusiya ilə mən gözəl Şəki xan sarayını və karvansaranı görüb zövq aldıq. İstedadlı yerli ustalarla tanış olduq və əlbəttə ki, Şəki mətbəxinin ləziz təamlarını da çox bəyəndik!” .

Qeyd edək ki, bir müddət əvvəl ABŞ səfiri Qəbələ rayonuna səfər etmişdi.




Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin