Azərbaycanda DƏHŞƏT: Ata körpə övladını suda boğaraq öldürüb

Hazırda oxunan: Azərbaycanda DƏHŞƏT: Ata körpə övladını suda boğaraq öldürüb

185073

Sumqayıtda dəniz sahilində meyiti tapılan uşağın atası tərəfindən qəsdən öldürülməsi üzə çıxıb. 

Bizim.Media Sumqayıt Şəhər Prokurorluğuna istinadən xəbər verir ki, araşdırmalarla 1984-cü il təvəllüdlü Yeşil Ahmet Turanın Sumqayıt şəhəri Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində azyaşlı övladını suda boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 
 

MÖVZU İLƏ BAĞLI:

Sumqayıtda dəniz sahilində 6 aylıq uşaq meyiti tapıldı


Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Yeşil Ahmet Turan prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub. 

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir. 

Qeyd edək ki, martın 31-də Sumqayıt şəhəri ərazisində dəniz sahilində uşaq meyitinin aşkar edilməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin