Səbinə Əvəzqızının müalicə xərclərini Prezident qarşıladı

Hazırda oxunan: Səbinə Əvəzqızının müalicə xərclərini Prezident qarşıladı

18507

Bir müddət əvvəl xərçəng diaqnozu qoyulan Lent.az saytının redaktoru Səbinə Əvəzqızının müalicə xərclərini Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva qarşılayıb.

Bizim.Media-ın məlumatına görə, bununla bağlı məlumatı jurnalist özü bildirib.

“Dəyərli dostlar, bir qədər əvvəl məndə xərçəng xəstəliyi aşkarlandı. Məni az-çox tanıyanlar bilir ki, bu xəstəliyin müalicəsi ilə məşğul olmaq maddi imkanım xaricindədir.

Problemdən xəbər tutan kimi həmkarlarım dərhal toplandılar, media ictimaiyyəti və bir sıra ictimai xadimlər Prezident İlham Əliyevə müraciət ünvanladılar.

Müraciət yayıldıqdan cəmi bir neçə dəqiqə sonra isə artıq mənə zəng etdilər. Mənim müalicəmlə bağlı lazımı dəstək göstəriləcəkdi. Cəmi bir gün sonra Türkiyəyə gedib, öz seçdiyim xəstəxanada müayinə olunmağım təmin edildi. Təəssüf ki, Bakıdakı diaqnoz təsdiqləndi və müalicəmə başladım.

Artıq kimya terapiya müalicəsinin ilk mərhələsini qardaş ölkədə aldım. Bütün bu günlərdə dövlətin diqqətini hər an hiss etdim.

Bu diqqət üçün Azərbaycan Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya xüsusi təşəkkür edirəm. Bir insan üçün həyatının təhlükə qarşısında qaldığı anlarda üz tutacağı Dövləti, dəstəyi olmasını bilməsi çox böyük güvəndir.

Ən çətin anımızda illərlə xidmət etdiyimiz Dövlətimiz, Prezidentimiz bizi tək qoymur. Bu dəfə də belə oldu.

Bir daha cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, bu müraciəti dərhal diqqətə çatdıranlara, hər gün yanımda olan əziz kollektivimə və media ictimaiyyətinə minnətdaram. Mən bu sevgini görəndən sonra artıq xərçəngə qalib gəldiyimi sanıram. Sizin sayənizdə”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin