Bakıda yaşayış binasında baş verən yanğında 15 nəfər xəsarət alıb.
Bu barədə Bizim.Media-ya Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Qeyd olunub ki, 31.03.2024-cü il tarixində 20:48 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.
Hadisə yerinə dərhal 13 təcili yardım briqadası cəlb olunub.
Yüngül xəsarətlərlə 15 nəfər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub, 1 nəfərə isə yerində tibbi yardım göstərilib.
Bizim.Media
 

- A-
- A
- A+
Cəmiyyət
							23:36 / 31.03.2024
							
						TƏBİB-dən Bakıdakı yanğınla bağlı AÇIQLAMA: 15 nəfər xəsarət alıb
						
							
								Hazırda oxunan: TƏBİB-dən Bakıdakı yanğınla bağlı AÇIQLAMA: 15 nəfər xəsarət alıb							
						
					
					
					
					
					
					
								Hazırda oxunan: TƏBİB-dən Bakıdakı yanğınla bağlı AÇIQLAMA: 15 nəfər xəsarət alıb							
						185061
					© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
					
					
					
					
					Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.























































































