31 Mart - Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar bu gün səhərdən Qubadakı Soyqırım Memorial Kompleksinə gələnlərin sayı 8 min nəfəri ötüb.
Bizim.Media xəbər verir ki, dinc insanların qalaqlanaraq basdırıldığı Soyqırım Kompleksinə nəinki Quba, şimal bölgəsi, Bakı, Beyləqan, Gəncə, Sumqayıt, digər şəhər və rayonlardan ziyarətçilər gəlib.
Hazırda kompleksə ziyarətlər davam edir.
Gün ərzində Quba Soyqırım Memorial Kompleksini 10 minə yaxın insanın ziyarət edəcəyi gözlənilir..
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu