Martın 31-də saat 07 radələrində Sumqayıt şəhəri ərazisində 2011-ci il təvəllüdlü yeniyetmənin meyitinin aşkar olunması faktı ilə bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Baş Prokurorluğun Mətbuat xidməti yayıb.
MÖVZU İLƏ BAĞLI:
Sumqayıtda 13 yaşlı yeniyetmə narkotikdən öldü
Meyitin xarici müayinəsi zamanı üzərində hər hansı xəsarət izi aşkar edilməyib.
Yeniyetmənin ölüm səbəbi təyin olunmuş müvafiq ekspertizanın rəyindən sonra bilinəcək.
Bizim.Media