31 Mart - Azərbaycanlıların Soyqırımı günü Qubada geniş və ehtiramla qeyd olunub.
Bizim.Media xəbər verir ki, 1918-ci ildə azərbaycanlıların ermənilər tərəfindən kütləvi soyqırımı əvvəlcə dahi şəxsiyyət Heydər Əliyevin abidəsinin ziyarəti ilə başlayıb. Abidə önünə tər güllər düzülüb. Sonra tədbir iştirakçıları - Quba RİH-in başçısı İlqar Mahmudov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası Xidmətinin rəisi Səbinə Hacıyeva, ziyalılar, tarixçi alimlər, idarə, təşkulat və müəssisələrin əməkdaşları Quba Soyqırım Memorial Kompleksində soyqırım abidəsinin önünə tər güllər düzüb, dinc insanların xatirəsini ehtiramla anıblar.
Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri Qəhrəman Ağayev 2007-ci ildə Quba şəhər staadionunda təsadüfi qazıntı zamanı aşkar edilmiş kütləvi məzarlıq barədə iştirakçılara geniş məlumat verib.
O, burada Azərbaycan Prezidenti İlham Əliyevin birbaşa dəstəyi ilə möhtəşəm soyqırım kompleksinin inşasından və görülən işlərdən ətraflı söz açıb.
Tədbirdə soyqırım muzeyinə baxış keçirilib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu