Bu gün zəfər generalı Mais Bərxudarovun ad günüdür - FOTOLAR

Hazırda oxunan: Bu gün zəfər generalı Mais Bərxudarovun ad günüdür - FOTOLAR

18485

“Mən şəhid olmuş bir milli qəhrəmana söz vermişəm ki, sinəmin üzərində gəzdirdiyim "qələbə" yazılan bayrağı onun şəhid olduğu yerdə - Laçın dəhlizinə sancacam...”

Bu sözlər general mayor Mais Bərxudarov Milli Qəhrəman, müəllimi Əliyar Əliyev barəsində danışarkən deyir.



Azərbaycanın azadlıq mübarizəsində hər zaman fəal iştirak edən M.Bərxudarovun rolu əvəzolunmazdır. 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq, bizi hər zaman qələbəyə səsləyib.

Bizim.Media bu gün 45 yaşını qeyd edən general mayor Mais Bərxudarov bəzi maraqlı faktları təqdim edir.

1976-cı il 20 apreldə Qubadlıda dünyaya göz açan Mais Bərxudarov Azərbaycanın Milli Qəhrəmanı, güləşçi Əliyar Əliyevin tələbəsi olub. Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb.



1993-cü ildə Mais Bərxudarov və bir qrup kursant cəbhədə yaranmış çətin vəziyyəti nəzərə alaraq könüllü ön xəttə getmək qərarını verib. Lakin həmin dövrdə Hərbi Liseyin rəhbəri olan general Valeh Bərşadlı bunun qarşısını alıb və onlara təhsillərini davam etdirməyin zəruriliyini, peşəkar hərbçi kimi yetişməyin dövlətimizə daha vacib olduğunu izah edib. Mais Bərxudarov və digər kursantlar generalın sözlərinin dəyərini anlayıblar və öz təhsillərini davam etdiriblər.

Heydər Əliyevi təəccübləndirən kəşfiyyatçı

1998- ci ildə Ulu öndər Heydər Əliyev Mais Bərxudarovu "Azərbaycan Bayrağı" ordeni ilə təltif edir. Bu ordeni ona şəxsən Heydər Əliyev təqdim edib. O, Heydər Əliyev tərəfindən bu ordenə düşmən arxasında fəaliyyətinə görə layiq görülür.



Heydər Əliyev ona "Azərbaycan Bayrağı" ordenini təqdim edəndən sonra bildirir ki, sənə üç otaqlı ev də hədiyyə edirəm.

Prezidentə təşəkkürünü bildirən zabitimiz Ulu Öndərə deyir:

"Cənab Prezident, cənab Ali Baş Komandan! Sizin bizə verdiyiniz istənilən ad, titul və hədiyyələr müqəddəsdir, şərəflidir. Lakin mənə bağışladığınız o evi tabeçiliyimdə olan və döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuş hərbi qulluqçunun ailəsinə bağışlamağınızı xahiş edirəm. Mən birtəhər evsiz yaşayaram. Amma onların evləri yoxdur…"

Aprel əfsanəsi...



General mayor Bərxudarov Aprel döyüşlərində Qarabağda döyüşən əsgər və zabitlərin önündə tankın üzərində əyləşərək, döyüşlərdə şəxsən iştirak edib. Döyüşlər zamanı Mais Bərxudarov özü öndə olmaqla, bütün əsgərlərini döyüş meydanına çağırıb. Ən maraqlısı isə döyüşə girən əsgər və zabitlərimizi ruhlandıran general-mayor Bərxudarovun tanka necə sarılaraq "İrəli!!!" komandası verməsi olub...

2016- cı ildə Lələtəpə yüksəkliyinin ələ keçirilməsində şücaət göstərmiş və buna görə Prezident İlham Əliyev tərəfindən general-mayor rütbəsilə mükafatlandırılıb.

Vətən müharibəsi qəhrəmanı...

2020-ci il 27 sentyabr. “Qələbə” bayrağının döşündə gəzdirən general.

Mais Bərxudarov Azərbaycanın Cəbrayıl, Xocavənd, Füzuli, Zəngilan və Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən qəhrəmanlıq medalları ilə təltif olunur.



General Mayor Mais Bərxudarovun ad günü  sosial şəbəkələrdə böyük alqışla qarşılanıb. Minlərlə insan Vətən müharibəsi qəhrəmanına ürək dolusu, xoş arzularını yazaraq onu təbrik ediblər.

Bizim.Media kollektivi olaraq, bizdə bu təbriklərə qoşulub ona cansağlığı, çətin və məsuliyyətli xidmətində uğurlar arzu edirirk.

Ad gününüz mübarək, CƏNAB GENERAL!

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin