Gəncədə türkiyəli tələbələr arasında DAVA: Bıçqlanan var

Hazırda oxunan: Gəncədə türkiyəli tələbələr arasında DAVA: Bıçqlanan var

184837

Gəncədə türkiyəli tələbələr arasında dava olub.

Bizim.Media DİN-in yaydığı məlumata istinadən xəbər verir ki, hadisə Azərbaycan Dövlət Aqrar Universitetinin yataqxanasında qeydə alınıb. 

Belə ki, universitetin yataqxanasında qalan Türkiyə vətəndaşı Bayer Kaan Ərmağan oğlu aralarında yaranmış şəxsi mübahisə zamanı 22 yaşlı həmyerlisi Ağır Hüseyn Harun oğlunun başına bıçaq ilə vurub. Nəticədə sonuncu baş nahiyyəsinin bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib, ona yardım edilib. 22 yaşlı tələbənin vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır, müvafiq ekspertiza təyin olunub, araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Bizim.Media
 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin