Şirvanda 9 aylıq uşaq ÖLDÜ

Hazırda oxunan: Şirvanda 9 aylıq uşaq ÖLDÜ

184826

Şirvanda 9 aylıq uşaq nəfəs çatışmazlığından ölüb.

Bizim.Media apa.az-a istinadən xəbər verir ki, Şirvan sakini, 2023-cü il təvəllüdlü (25.06.2023) Rzayeva Səma Hacıbala qızı nəfəs çatışmazlığı səbəbindən xəstəxanaya gətirilərkən yolda ölüb. Bundan əvvəl uşağın qızılca xəstəliyi keçirdiyi deyilir.

Uşağın boğulmasına səbəb kimi onun qida borusuna yad cismin düşdüyü və ya pnevmaniyanın yaratdığı bəlğəmdən boğulduğu ehtimal olunur.
Uşağın meyiti hazırda müayinə olunmaq üçün Şirvan morquna yerləşdirilib.

Faktla bağlı Şirvan Prokurorluğunda araşdırma aparılır.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin