Buzovna qəsəbəsi, Şağan 1 yaşayış məskəninin adlarının çəkilməsini istəməyən bir qrup sakini saytımıza müraciət ünvanlayıb.xa0
Müraciətin səbəbi isə hər il onlarla insanın ölümünə bais olan yoldur. Belə ki, yolda maşınların yüksək sürətlə hərəkəti və piyada keçidinin olmaması illərdir sakinlərə əməlli başlı dərd olub.xa0
Qeyd edək ki, sözügedən yol avtomobillərin və piyadaların intensiv istifadə etdikləri yol olduğundan problem sakinlər üçün ciddidir. Moderator.az həmin qısa müraciəti oxucularının diqqətinə çatdırır və güman edirik ki, aidiyyatı qurumlar məsələnin həlli üçün nəsə edəcəklər.
"Bura Buzovna kəndi Şağan-1 yaşayış yeridir. 21-ci əsrə və ölkəmizin inkişafına baxmayaraq bugün burda yerli əhali əziyyət çəkir. Buradakı problem, yolda yüksək sürət olmasına və yolun istər avtomobil, istərsə də piyadalar tərəfindən çox işlək olmasına baxmayaraq, piyada keçidinin olmamasıdır. Problemlə əlaqədar yerli əhali tərəfindən dəfələrlə aidiyyatı dövlət orqanlarına müraciət olunsa da, heç bir nəticə əldə olunmayıb. Əslində bu çox asan aradan qaldırılacaq məsələykən dövlət qurumlarının səhlənkarlığı ucbatından insanların həyatı təhlükə altındadır. Səhər işə, axşam evə gedərkən bu yoldan istifadə etməmək qaçınılmazdır. Ən acısı isə dəfələrlə məhz bu yolda əlində çörək yolu keçərkən (bu heç asan məsələ deyil) sadəcə evinə getmək istəyən insanlar həlak olub və olacaq da. Bu dözülməz haldır. Əlbət bir xalq varsa onun lideri də vardır. Problemi də başqaları yox dövlət yoluna qoymalıdır. Axı millət dövlət üçün yox, dövlət millət üçündür. Bu bir üsyan deyil, həqiqətdir, xalqın tələbidir. Ümummilli liderimiz demişkən: "Yol-iqtisadiyyat, mədəniyyət, bir sözlə həyat deməkdir". Ümid edirik ki, bu məsələ öz müsbət həllini tapacaq və xalqın şüuru öz iradəsi ilə bir daha anlayacaq ki, bu ölkə bu millət başsız deyil".


Mehman Nəbiyev
































































































