Bakıda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı – VİDEO 

Hazırda oxunan: Bakıda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı – VİDEO 

184740

Tanınmış ilahiyyatçı-alim, fəlsəfə doktoru, Ankara Universitetində 17 il müəllim işləmiş 29 kitab müəllifi, “Qurani-Kərim”in rusca və azərbaycanca tərcüməçisi  Fazil İsmayılov kirayə qaldığı evdən çıxarılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə yenisabah.az-a Fazil İsmayılovun qonşuları bildiriblər.

Qonşuların sözünə görə, tanınmış alim kirayə pulunu ödəyə bilmədiyi üçün evdən çıxarılıb. O, dünən əşyaları və əlyazmaları ilə birlikdə küçədə gecələyib. 

Alimin 5 mindən artıq kitabının olduğu bildirilir. Fazil İsmayılovun özü haqqında yayılan xəbərləri təsdiqləyib. Alim üzləşdiyi durumu "faciə" adlandıraraq, bu barədə ətraflı danışmaq istəməyib. 
Fazil İsmayılovun kömək üçün Yasamal rayon İcra Hakimiyyətinə müraciət etdiyi bildirilir.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin