Bakıda həyat yoldaşına əzab verməkdə təqsirləndirilən 1986-cı il təvəllüdlü Y. Bektimirovun məhkəməsi başa çatıb.
Bizim.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, A.Bektimirovaya müxtəlifdərəcəli xəsarətlər yetirən, eləcə də onun bir gözünü itirməsinə səbəb olan şəxs Cinayət Məcəlləsinin 133.2.6-cı (Əzab vermə) maddəsi ilə təqsirli bilinib.
Məlum olub ki, Y. Bektimirov 2013-cü ildə Moskva şəhər sakini olan A. Bektimirova ilə ailə qurub. Daha öncə bir dəfə ailəli olmuş qadın qızı ilə birgə Bakıya köçərək həmin kişi ilə birgə yaşayıb. Lakin bir müddət sonra onların münasibəti pozulub. Təxminən 7-8 il müddətində Y. Bektimirov həyat yoldaşını mütəmadi döyüb, təhqiramiz sözlər deyib, bədəninin müxtəlif nahiyələrinə zərbələr endirərək işgəncə verib.
Sonuncu hadisə zamanı isə A. Bektimirova aldığı xəsarətdən bir gözünü itirib. Bundan sonra qadın xəstəxanaya aparılaraq əməliyyat edilib.
Yasamal Rayon Məhkəməsinin hökmü ilə Y. Bektimirova 2 il həbs cəzası verilib.
Qeyd edək ki, Y. Bektimirov həbs edilənədək özəl şirkətlərin birində operator vəzifəsində çalışıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
00:56 / 29.03.2024
Kişi 7-8 il arvadına əzab verdi, qadın bir gözündən oldu
Hazırda oxunan: Kişi 7-8 il arvadına əzab verdi, qadın bir gözündən oldu
Hazırda oxunan: Kişi 7-8 il arvadına əzab verdi, qadın bir gözündən oldu
184660
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.