Paytaxtın Nizami rayonunda soyğunçuluq hadisəsi baş verib. Naməlum şəxs zərərçəkənə yaxınlaşaraq onun mobil telefonunu və içərisində sənədləri olan çantasını talayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, rayon polis idarəsi 25-ci polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Mustafayev Sərxan saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Bizim.Media