Özünü “bloger” kimi təqdim edən Saməddin Məmmədov əslində KİMDİR? – ARAŞDIRMA 

Hazırda oxunan: Özünü “bloger” kimi təqdim edən Saməddin Məmmədov əslində KİMDİR? – ARAŞDIRMA 

184574

Sosial platformalar insanlara təkcə əylənmək, xəbər tutmaq imkanı yox, həm də onlara tribuna verib. Təsadüfi deyil ki, bu gün çoxları bütün gününü sosial platformalarda keçirir. Hətta bəziləri bir qədər də qabağa gedib özlərini bloger kimi təqdim edirlər. Çox təəssüf ki, heç bir faydalı əməklə məşğul olmayan həmin “blogerlər” ancaq ucuz vasitələrlə pul qazanmaq istəyirlər. Onların fəaliyyəti bir növ “reket” jurnalistləri xatırladır. Bu cür şəxslər təhdid, şantaj kimi variantlara əl ataraq məqsədinə çatmağa, yəni haqsız qazanc əldə etməyə çalışırlar.

Bu cür şəxslər içərisində elələri də var ki, daha kəsə yoldan yüyürərək pul qazanmağa çalışırlar. Onlar şantaj üçün belə “axırıncı yol”u tuturlar. Onlardan biri də Saməddin Məmmədovdur.

Cəlilabadın “sözçü”sü Saməddin Məmmədov kimdir?

Özünü “bloger” kimi təqdim edən Saməddin Məmmədov 1972-ci ildə Cəlilabad rayonunda anadan olub. Apardığımız araşdırmalar zamanı məlum oldu ki, heç bir faydalı əməklə məşğul olmayan Saməddinin qaranlıq və kriminal keçmişi var.

O 12 iyul 2006-cı il tarixdə keçmiş cinayət məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq), 234.4.1-234.4.3 maddələrilə (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, saxlama, daşıma, göndərmə və ya satma) təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunub və 8 il azadlıqdan məhrum edilib. Lakin Bakı Apellyasiya Məhkəməsi tərəfindən cəzası 6 ilə endirilib.

Azadlığa çıxandan bir müddət sonra Saməddin “bloger” fəaliyyətinə başlayıb. Gördüyü “haqsızlığı” lentə alaraq Avropadakı “həqiqət carçıları”na - Tural Sadıqlı, Manaf Cəlilzadə, Elşad Məmmədov, Qabil Məmmədov və digərlərinə göndərib. Həmçinin o mütəmadi olaraq “Azərbaycan Milli Müqavimət Hərəkatı”nın həmtəsisçilərindən biri Teymur Eminovun “ABA Media” kanalında canlı yayımlara qoşularaq “siyasi gəzişmələr” edib, paralellər aparıb.

Əslində isə Saməddinin “blogerlik” fəaliyyəti özünün korprorativ maraqları üzərində qurulub. Onun haqsız tələbini eşitməyən, iddiasına məhəl qoymayan dövlət orqanları barədə dezinformasiya yayıb. Təsadüfi deyil ki, onun “mübarizə” dairəsi Cəlilabadla məhdudlaşıb. Ancaq bu rayonun müvafiq qurumlarını, ara-sırada isə rayondan seçilmiş deputatları “hədəf” alıb. Ən çox “tənqid” ünvanı isə Azərbayan Prezidentinin köməkçisi Kərəm Həsənov, onun qardaşı-millət vəkili Malik Həsənov və Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevdir.

Onun şər və böhtanları və şantajları bəzi hallarda cavabsız qalmayıb.

Belə ki, Saməddin Məmmədovun 2021-ci ilin sonlarında bir paylaşımına görə başı bir olaya qarışıb. O, oğlu Nahid və bacısı oğlu Elsevər Məmmədovla birlikdə ona irad bildirənlərə “həyatı başa salmaq” istəyib. Nəticədə isə Saməddin özünü yaxınları ilə birlikdə barmaqlıqlar arxasında görüb. Amma Saməddin bu dəfə özünü “razborşik” kimi yox, bloger kimi irəli sürüb və tezliklə azad olunmağını istəyib. 

Bu azmış kimi cinayət əməlini siyasiləşdirməyə çalışan Saməddin və onun qohumları sərbəst buraxılmayacağı təqdirdə Cəlilabad rayon İcra Hakimiyyətinin inzibati binasını yandıracaqları ilə bağlı təhdid dolu, açıq cinayət çağırışına əsaslanan fikirlər səsləndiriblər.

Saməddinin qohumları bununla kifayətlənməyərək, Prezident Adminstrasiyası qarşısında aksiya keçirməyə cəhd göstəriblər. Və hətta 25 noyabr 2021-ci il tarixdə Saməddinin qohumları Fransanın Bakıdakı səfirliyinə yürüş edib ona azadlıq tələb ediblər. Bildiriblər ki, Saməddinin azad edilməyəcəyi təqdirdə ağ bayraq qaldıraraq İrana sığınacaqlar.

Bunun ardınca Saməddinin qohumları həmin ilin dekabr ayında Bakı şəhəri, Nərimanov rayonunda yerləşən binalardan birinin damına çıxaraq intihara cəhd imitasiyası edib, Cəlilabad Rayon Məhkəməsinin inzibati binasının qarşısında yerli hüquq mühafizə orqanlarının rəhbərlərini və məhkəmə sədrini təhqir edərək üzərlərinə benzin tökərək yandırmağa və bıçaqla bədənlərinə xəsarət yetirməyə cəhd göstəriblər.

Saməddin Məmmədov kimlərdən mədət umur?

Saməddin Məmmədov və onun qohumlarını bu cür qanunazidd hərəkətlərə Azərbaycandan kənardakı bədnam qüvvələr və onların əlaltıları təşviq ediblər. Nəzərə alaq ki, Saməddin Məmmədov ali təhsili yoxdur, üçüncü qrup əlil kimi dövlətdən yardım alır. Bundan əlavə o və həyat yoldaşı Zərifə Məmmədova, eləcə də oğlu Nahid Məmmədov Cəlilabad rayon Kommunal Müəssisələri Kombinatında işə düzəlsələr də, işə getmirlər.

Onun digər övladı Amid ötən ay həmin müəssisədən işdən çıxaraq Moldovaya gedib. Dövlətdən dolayısı yolla kifayət qədər vəsait alan Saməddin əldə etdikləriylə kifayətlənməyərək daha çox şey istəyir. Bu yolda isə oğlu Nahidin qazi olmasından istifadə edir. Saməddin Məmmədov son paylaşımlarında ailəsi ilə birlikdə ölkəni tərk etməsinə köməklik göstərilməsi məqsədilə ölkə rəhbərliyinə və Avropa Şurasına müraciət ünvanladığını, eləcə də maddi durumunun zəif olmasını və Vətən müharibəsi iştirakçısı olan oğlu Nahidin idman sahəsindəki nailiyyətləri üzrə işlə təmin olunmadığını bildirir.

O, üzərlərində olan şərti azadlıqdan məhrum olunma qərarının ləğv edilməsini tələb edərək yaxın müddətdə sığınacaq almaq üçün ABŞ və Fransanın ölkəmizdəki diplomatik nümayəndəliklərinə müraciət edəcəyini bildirir.

Saməddin Məmmədovun “nəzarətə götürdüyü” obyektlərə, müraciət edəcəyi və sığınacağı ünvanlara nəzər salanda onun nə qədər zavallı və fürsətcil olduğu üzə çıxır. Yəni bu adam açıq şəkildə bildirir ki, onun istəkləri yerinə yetirilməsə, düşmənlə iş birliyinə gedəcək. Bura isə sözün bitdiyi yerdir...

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin