Son illər Azərbaycanda qadın işçilərə olan tələbat artıb. Artıq bir çox elanda “xanım işçi axtarılır” yazısına rast gəlirik. Belə görünür ki, kişi əməyi tədricən kölgədə qalır.
Bəs bunun səbəbləri nədir?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən deputat Etibar Əliyevın fikrincə, reallıq yarı-yarıyadır:
“İntellektual olmayan sferalarda, işlərdə qadın işçilərə tələbat daha çoxdur. Bu məsələ müəssisə rəhbərinin fərdi istəyinə bağlıdır.
Mən genderlə bağlı bir tədqiqatla məşğul olmuşdum. Elə sahələr var ki, o sahədə qadınlar kişilərə nisbətən daha effektiv çalışırlar. Digər tərəfdən isə istər elm, istər təhsil, istərsə də digər sahələrdə qadınların iş müddəti, davamiyyəti daha az olur. Burada ailə qurmaq və dekretə çıxmaq məsələləri var.
Bu məsələ birbaşa iş yerinin xarakterinə bağlıdır.
Gender bərabərliyi deyilən bir paradiqma artıq özünü doğrultmur. Artıq 20 ildir ki, kişilər müəllim olmaq istəmirlər. Həkimlik də qadın peşəsinə çevrilir. İstisna hal kimi xidmət sahələrini qeyd edə bilərik. Burada iş yerinin xarakterindən asılı olmayaraq, qadınların sayı daha çoxdur.
Bir çox yerli icra hakimiyyəti orqanlarında da qadınların üstünlüyü var. Elə peşələr var ki, konkret olaraq həmin sahənin rəhbərləri hesab edirlər ki, burada kişilər qadınlar kimi çalışa bilməzlər. Bu, təbii axındır, qarşısını hansısa təşviqat məsələləri və ya maarifçilik tədbirləri ilə almaq çətindir”.
Məhərrəm Əliyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:30 / 29.03.2024
“İntellektual olmayan işlərdə qadınlara tələbat DAHA ÇOXDUR” – Deputat
Hazırda oxunan: “İntellektual olmayan işlərdə qadınlara tələbat DAHA ÇOXDUR” – Deputat
Hazırda oxunan: “İntellektual olmayan işlərdə qadınlara tələbat DAHA ÇOXDUR” – Deputat
184562
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.