Xarici İşlər Nazirliyi sabiq milli təhlükəsizlik naziri, Azərbaycanın Özbəkistandakı keçmiş səfiri Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib.
Bizim.Media xəbər verir ki, paylaşım XİN-in rəsmi “X” hesabında edilib:
MÖVZU İLƏ BAĞLI:
Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov VƏFAT EDİB
“Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı keçmiş fövqəladə və səlahiyyətli səfiri Namiq Abbasovun vəfatı ilə əlaqədar, mərhum həmkarımıza Allahdan rəhmət diləyir, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk.
Allah rəhmət eləsin!”
Bizim.Media