30 ildən artıqdır ki, öz doğma ocaqlarından ayrı düşən kərkililər Yeni Kərkidə, Sədərəkdə və muxtar respublikanın digər bölgələrində məcburi köçkün həyatı yaşayırlar.
Onlar hər cür dövlət qayğısı ilə əhatə olunmalarına baxmayaraq, öz kəndlərinin düşməndən azad ediləcəyinə, yenidən öz ata-baba yurdlarına qovuşacaqlarına əmindirlər.
1991-ci ildə Naxçıvanın Kəngərli rayonunda salınan Yeni Kərki kəndində hazırda 42 ailə yaşayır. Onlar öz doğma yurdlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər.
Bizim.Media “Naxçıvan TV”-nin mövzu ilə bağlı hazırladığı videoreportajı təqdim edir:
Bizim.Media