Balakəndə yerin təkindən istifadə qaydalarını pozan altı nəfər məsuliyyətə cəlb edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupu məlumat yayıb.
Bildirilib ki, yerin təkindən qanunsuz istifadənin qarşısının alınması məqsədilə Balakən Rayon Polis Şöbəsinin əməkdaşları 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin mütəxəssisləri ilə birgə tədbirlər keçirib.
Tədbirlərlə qeyri-qanuni qum-çınqıl daşınmasını və satışını həyata keçirən şəxslər müəyyən ediliblər. Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib olunub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:44 / 26.03.2024
Yerin təkindən istifadə qaydalarını pozanlar məsuliyyətə cəlb EDİLDİ - FOTO
Hazırda oxunan: Yerin təkindən istifadə qaydalarını pozanlar məsuliyyətə cəlb EDİLDİ - FOTO
Hazırda oxunan: Yerin təkindən istifadə qaydalarını pozanlar məsuliyyətə cəlb EDİLDİ - FOTO
184270
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.