Quba və Qusara qar yağıb – FOTO  

Hazırda oxunan: Quba və Qusara qar yağıb – FOTO  

184217

Novruz tətilinin son günündə də Quba və Qusarın dağlıq yaşayış məntəqələri səhəri qar və şaxta ilə açıb. 

Bizim.Media xəbər verir ki, hazırda Qubanın Qrız, Xınalıq və Qusarın Ləzə kəndində 3 sm qar var. 

Bu səhər Qrızda 3, Xınalıqda 2, Ləzədə isə 1 dərəcə şaxta qeydə alınıb. Bununla belə baharın isti nəfəsi özünü göstərir. Yağan qar sürətlə əriyir. Bölgənin aran yerlərində duman, çən intensivlik təşkil etsə də, qar yağan dağ kəndlərində günəş çıxıb. Bir sözlə, el arasında "dəli mart" adlandırılan bahar ayı dəyişkən hava tərzi ilə davam edir. 




Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin