3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR

Hazırda oxunan: 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR

184157

Türkiyədə qadın əməliyyatdan sonra ölüb.

Bizim.Media lent.az-a istinadən bildirir ki, hadisə Kayseri şəhərində yerləşən özəl xəstəxanalardan birində qeydə alınıb.

3 uşaq anası olan 42 yaşlı Ahu Gültəkin 9 saatlıq estetik əməliyyatından sonra dünyasını dəyişib.

Məlumata görə, qadın hadisədən 1.5 ay əvvəl narkoz qəbul edərək 10 diş implantı etdirib. Daha sonra o, martın 22-də estetik əməliyyat üçün razılaşıb. Ancaq qadını martın 11-i üçün əməliyyata salacaqlarını deyiblər. Mərhumun qardaşı Mustafa Gültəkinin iddiasına görə, 3 saatlıq əməliyyat 9 saata yekunlaşıb. Qadın əməliyyatdan dərhal sonra ayaqyoluna getmək istəyib və yolda yıxılıb.

Reanimasiyaya yerləşdirilən xəstə 5 gün sonra ölüb.

Qardaşının sözlərinə görə, əməliyyata professor doktor İ.Ö. girməli olsa da, onun asistanı F.G. prosesi həyata keçirib. Həmin asistanın azərbaycanlı olduğu bildirilir.

Mustafa Gültəkinin sözlərinə görə, bacısına 1.5 ay ərzində ikinci narkozun verilməsi onun ölümünə səbəb olub. Belə ki, ikinci narkozdan sonra qadının ürəyi dayanıb.
3 uşaq anası olan mərhumun meyiti məhkəmə-tibbi ekspertizasından sonra Sivasda torpağa tapşırılıb.

Hazırda ailəsinin şikayəti əsasında prokurorluq araşdırmalara başlayıb.








Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin