Azərbaycanın Ukraynaya hərbi məmulatlar göndərməsinə dair xəbərlər feykdir – RƏSMİ

Hazırda oxunan: Azərbaycanın Ukraynaya hərbi məmulatlar göndərməsinə dair xəbərlər feykdir – RƏSMİ

184080

“Erməni teleqram kanallarında guya “Azərbaycan tərəfindən Ukraynaya hərbi təyinatlı məmulatların göndərilməsi”nə dair məlumatların yayılmasına cəhdlər olunur. Bununla bağlı kütləvi informasiya vasitələrinin sorğusuna cavab olaraq bildirik ki, bu kimi məlumatlar təmamilə fake və dezinformasiya xarakteri daşıyır”. 

Bizim.Media xəbər verir ki, bu haqda Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, erməni teleqram kanallarında əvvəllər də belə yalan və həqiqətə söykənməyən xəbərlərin yayılmasına cəhdlər olub. 

“Bu məlumatların heç bir əsası yoxdur və ciddi qəbul edilməməlidir. Bir daha bildiririk ki, Azərbaycan tərəfindən qeyd olunan istiqamətdə hər hansı hərbi təyinatlı məmulatlar göndərilməmişdir”, - deyə məlumatda qeyd olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin