“Crocus”da dünyasını dəyişən azərbaycanlı Vüqar Hüseynov insanları xilas etməyə çalışıb.
Bizim.Media xəbər verir ki, hadisə şahidlərindən biri tərəfindən lentə alınan videoda Vüqar Hüseynov da (yaşıl gödəkçədə) əks olunub.
Vüqar qaçmayıb, insanları xilas etmək qərarına gəlib, onları gülləbarandan qorumaq üçün masalardan barrikadalar qurub.
Vüqar həyat yoldaşı Lilitlə o gün terrorun qurbanı olub.
Bizim.Media