Sevgilisi ilə birlikdə xanımını döyən həkim ölkədən qaçıb? - Həyat yoldaşından AÇIQLAMA

Hazırda oxunan: Sevgilisi ilə birlikdə xanımını döyən həkim ölkədən qaçıb? - Həyat yoldaşından AÇIQLAMA

184047

Bir müddət əvvəl sevgilisi ilə birlikdə həyat yoldaşını döyən tanınmış həkim-onkoloq İbrahim Əsədli ölkəni tərk edib.

Bizim.Media xəbər verir ki, bu barədə “unikal.az”a açıqlamasında İbrahim Əsədlinin həyat yoldaşı Aynur Əsədli məlumat verib.

O qeyd edib ki, mart ayının 21-də və ondan sonrakı günlərdə İbrahim Əsədli evə gəlməyib:

“Mən sonradan öyrəndim ki, İbrahim həmin qadınla Azərbaycandan qaçıb və hazırda İtaliyadadır. Cinayət işinin yeni başlandığı, araşdırmaların davam etdiyi və qarşıda məhkəmə proseslərinin olacağı bir zamanda bu formada heç kimə xəbər vermədən ölkədən getməsi nə dərəcədə düzgündür?! Bunu yalnız ölkədən qaçmaq kimi qiymətləndirmək olar.

Nə mənə, nə övladına, nə də pasiyentlərinə bu barədə məlumat verməyib və birdən-birə yoxa çıxıb. Vəziyyəti ağırlaşan xəstələr nömrəmi tapıblar və məndən soruşurlar ki, həkim haradadır? Onu da qeyd edim ki, İbrahim məni və məlum hadisə ilə bağlı ona sual verə biləcək bütün şəxsləri sosial şəbəkələrdə əngəlləyib. Onunla heç cür danışa bilməmişəm”, - deyə A.Əsədli bildirib.

Xatırladaq ki, ötən ay İbrahim Əsədli işlədiyi klinikada sevgilisi, 1978-ci il təvəllüdlü Aynur Paşa qızı Sultanova ilə birlikdə həyat yoldaşı Aynur Əsədlini döyüb. Zərərçəkmiş Aynur Əsədli Nizami Rayon Polis İdarəsinin 25-ci polis şöbəsinə müraciət edib. İş üzrə ekspertiza təyin olunub. Araşdırmalar davam etdirilir.
Hadisə nəticəsində xəsarət alan Aynur Əsədli də həkimdir.

Qeyd edək ki, hadisədən sonra İbrahim Əsədlinin həm də müvafiq sertifikatı olmadan həkim kimi çalışdığı üzə çıxıb və o, işlədiyi klinikadan qovulub.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin