Sumqayıt şəhərində güclü partlayış olub.
Bizim.Media xəbər verir ki, hadisə şəhərin 22-ci məhəlləsində yerləşən 2 saylı yataqxanada qeydə alınıb. Mənzillərdən birinin hamam otağında qeydə alınan hadisə zamanı 17 yaşlı gənc ağır yanıq xəsarətləri alıb.
MÖVZU İLƏ BAĞLI:
Sumqayıtda zavodda təhlükə - İnsanlar ərazidən uzaqlaşdırıldı - FOTO
Ağır yanıq xəsarətləri alan Emral Xasiyev qonşuların köməkliyi ilə əvvəlcə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da, onun vəziyyəti ağır olduğundan dərhal Bakı şəhər 5 saylı Yanıq Mərkəzinə göndərilib.
Hadisə yerinə FHN-nin əməkdaşları baxış keçiriblər. Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, 22-ci məhəllə ərazisində yerləşən 2 saylı yataqxana 60 il əvvəl tikilib.
Hazırda həmin qəzalı vəziyyətdə olan yataqxanada 210 sakin yaşayır. (APA)
Bizim.Media